Teleqraf.com "Report"-a istinadən xəbər verir ki, rayonda yağan güclü yağış sonradan doluya çevrilib.
Yerli sakinlər təbiət hadisənin təxminən yarım saata qədər davam etdiyini bildiriblər. Onların sözlərinə görə, yağıntı əsasən kəndlərin meyvə-tərvəz əkilən sahələrinə ziyan vurub.
Hazırda yığımı aparılan gilas, alça, ərik və digər meyvələr dolu nəticəsində zay olub.