1 İyul 2017 19:57
617

Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı, 42 BH 634 dövlət seriya nişanlı avtomobillə "VAZ 21011" markalı, 43 BC 856 seriyalı avtomobillərin toqqquşması nəticəsində 3 qadın xəsarət alıb. Məlumata görə, onlar toy mərasiminə gedirmiş.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com