Bu barədə Teleqraf.com-a açıqlamasında mərhumun nəvəsi Eldar Zülfüqarov məlumat verib.
O, qeyd edib ki, vida mərasimində xalq artistinin Xoreoqrafiya məktəbindən olan dostları, məktəbin tələbə və müəllim heyəti iştirak edib. Sənətkarı son mənzilə yola salmağa Məryəm Süleymanova, Təranə Muradova kimi tanınmış tələbələri də gəliblər.
Eldar Zülfüqarov deyib ki, dəfnin təşkilinə Mədəniyyət və Turizm Nazirliyinin də köməyi dəyib: “Biz dəfn üçün yer axtarırdıq. Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri dəfn və vida mərasimini öz öhdələrinə götürdülər, ona yer ayırdıqlarını bildirdilər”.
Mərhumun 3 mərasimi sabah Teymur Əliyev küçəsində yerləşən 9 mərtəbəli binanın arxa həyətində baş tutacaq.
Qeyd edək ki, xalq artisti Xumar Zülfüqarova dünən günorta saatlarında 90 yaşında dünyasını dəyişib.