4 İyul 2017 10:30
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada suriyalı qaçqınlarla türklər arasında qarşıdurma yaranıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, qarşıdurma zamanı bir nəfər yaralanıb.

Polis dərhal davaya müdaxilə edib, tərəfləri ayırmaq və sakitləşdirmək üçün gözyaşardıcı qaz tətbiq edilib.

Qarşıdurmaya səbəb isə sosial şəbəkədə bir suriyalı qaçqının 5 yaşlı türk qızına təcavüz etməsi haqda xəbərlərin yayılması olub. Xəbər yayıldıqdan qısa müddət sonra çoxlu sayda yerli sakin hadisə yerinə gedib.

Hadisə ilə bağlı hər hansı bir açıqlama verilməyib. Ankara valisi Ercan Topaca bildirib ki, gənclər arasında mübahisəyə səbəb əsassız xəbər olub.

Qarşıdurma zamanı obyektlərin şüşələri sınıb, bir sıra ticarət binalarına ziyan dəyib.


Müəllif: Cavad

Oxşar xəbərlər