Teleqraf.com xəbər verir ki, "Toyota" markalı minik avtomobili yolun kənarında dayanmış Kamaz markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri sürücünü avtomobildən çıxarıb və aidiyyatı üzrə təhvil verib.
Qəzanın səbəbləri məlum deyil.