Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, G-20 sammitinə etiraz edən kütlə otelə daxil olmağa çalışıb.
Polisin müdaxiləsindən sonra etirazçılar binanın ətrafından uzaqlaşıb. Otel mühafizəçilərindən bəzilərinin xəsarət aldığı bildirilib.
Putinlə yanaşı Avstraliya baş nazirir Malkolm Ternbul və Cənubi Koreya Prezidenti Mun Çje İn də bu oteldə qalır.
Qeyd edək ki, bu gün Almaniyanın Hamburq şəhərində G-20 liderlərinin sammiti öz işinə başlayıb.