11 İyul 2017 09:18
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Missisipi ştatında hərbi hava qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Delta bölgəsində baş verib.

Məlumatlara görə, KC-130 tipli hərbi təyyarənin qəzaya uğraması nəticəsində azı 16 nəfər həlak olub.

Qəzanın səbəbləri məlum deyil.


Müəllif: Samir