12 İyul 2017 01:08
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qızılağac Dövlət Təbiət Qoruğunda başlamış güclü 70 hektar ərazini əhatə edib.

"Qoruqda günorta saatlarında başlayan yanğın Masallı və Lənkəran rayonlarının qoruğa aid ərazisində 70 hektar ərazini əhatə edib.

Yanğının söndürülməsinə Lənkəran, Masallı və Cəlilabad rayonlarından 5 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Lakin texnikalar əraziyə tam yaxınlaşa bilmədiyindən güclü alovla mübarizədə əsasən canlı qüvvədən istifadə olunur.

Təkcə Lənkəran Dövlər Yanğından Mühafizə Hissəsinin 20 yanğınsöndürəni hadisə yerindədir. Son məlumata görə, qoruğun Lənkəran rayonu ərazisinə düşən hissəsində yanğın lokallaşdırılıb. Masallı rayonu ərazisində operativ tədbirlər davam etdirilir. Əldə etdiyimiz məlumata görə qoruq ərazisində əsasən quru ot, kol-kos və yabanı bitkilər yanır.

Qeyd edək ki, "Qırmızı Kitab"a düşən quşların əksər növləri qoruqda və onun sərhəd ərazilərindədir. Qızılağac Dövlət Təbiət Qoruğunda 22 dəstədən və 248 növdən ibarət su, bataqlıq və çöl quşları mühafizə olunur. Həmçinin qoruq ərazisində qaban, canavar, qamış pişiyi, su samuru, tülkü və s. məməlilər məskunlaşıb. Qoruğun su hövzəsində 54 növ balıq var.

/Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər