12 İyul 2017 16:00
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşovanın erməni musiqiçisinin instaqram paylaşımına rəy yazması sosial medianı çalxalayıb.

Teleqraf.com xəbər verir ki, instaqramda Varujan Şahbazyan adlı qarmon ifaçısı Azərbaycan musiqisini ifa edib. Rəy bölümündə isə Brilliant Dadaşovanın instaqram səhifəsindən yazılan “super” şərhi görünüb.

Müğənninin şərhə gül, ürək, bəyəndim işarələri qoyması azərbaycanlı izləyiciləri qıcıqlandırıb.

Xalq artistinin prodüseri Nigar xanım Teleqraf.com-a məsələdən xəbərsiz olduğunu deyib:

“Brilliant xanımın adından açılmış yüz belə profil var. Kim bunu hansı məqsədlə edib, bilmirəm. Onun mətbuat işlərinə mən baxmıram deyə dəqiq cavabım yoxdur”.


Müəllif: Könül Əlibəyli