2 Avqust 2017 18:34
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində insident baş verib. “İqla” daşınan zenit-raket kompleksinin qida blokunu satmaq istəyən erməni hərbçisi saxlanılıb.

“İqla” daşınan zenit-raket kompleksinin qida blokunu oğurlayıb satmaq istəyən əslən yezidi kürdü olan Valodya Sloyan adlı hərbi qulluqçu saxlanılıb.

Ələ keçdiyini görən V.Sloyan kompleksin qida blokunu yararsız hala salmağa nail olub. İlkin araşdırma zamanı blokun xarab olduğunu və təmir etdirmək üçün götürdüyünü deyən V.Sloyan sonradan komandirin tapşırıqlarını yerinə yetirmək üçün pul lazım olduğundan qida blokunu satmaq məcburiyyətində qaldığını bildirib.

Hazırda Xankəndində yerləşən hərbi istintaq baş idarəsində faktla bağlı araşdırma aparılır.

/Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər