Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, baş verən avtobus qəzasında xeyli ölü və yaralılar var.
İstanbuldan Girəsun istiqamətinə gedən sərnişin avtobusu Amasiya şəhərinin Merzifon rayonunda aşaraq uçuruma doğru yuvarlanıb.
İlkin məlumata əsasən, hadisə anında 5 nəfər dünyasını dəyişib və 30 nəfər yaralanıb.
Qəza yerinə xeyli təcili tibbi yardım maşını cəlb olunub.