Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyanın "Bild am Sonntag" qəzeti xəbər verib. Qəzet sabiq prezidentin moda dünyasına baş vurduğunu yazır.
Mayın 31-də Hamburqda "Yargıcı"nın nümayəndəliyinin açılış mərasiminə ulduz qonaqlar qismində təşrif buyuran Vulff və xanımı Bettina şirkətlə yaxından maraqlanıb.
Vulff ildə 236 min avro maaş alır. Sol Partiyanın nümayəndəsi Sahra Vagenkneçt bildirib ki, dövlət sabiq prezidentlərə başqa işlərlə məşğul olmamaları üçün yüksək məbləğdə maaş verir: "Amma o, bununla kifayətlənmir, əlavə işlərlə məşğul olaraq gəlirlərini artırır. Sabiq prezidentlərin digər işlərlə məşğul olmalarını yasaqlayan qanunun qəbuluna ehtiyac var".