11 Avqust 2017 09:34
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi Çin dənizinə daxil olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu, ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəldiyindən sonra baş verən 3-cü oxşar hadisədir.

Olay Pekin rəhbərliyində ciddi narahatlığa səbəb olub.

Çinin xarici işlər və müdafiə nazirlikləri məsələ ilə bağlı bəyanat yayaraq, ABŞ-ın bu addımını təxribat adlandırıblar.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Qınq Şuanq ABŞ donanmasına məxsus USS Con S. Makkeyn raket daşıyıcısının Çinin icazə olmadan Nanşa adalarına yaxınlaşdığını bildirib. O, bu addımın bölgədə gərginliyə səbəb ola biləcəyini deyib.

Çinin Müdafiə Nazirliyinin sözçüsü Vu Çien isə ABŞ tərəfini bu cür addımlardan çəkinməyə çağırıb.


Müəllif: Samir

Oxşar xəbərlər