FETÖ-nun xüsusi simalarından biri bu gün ələ keçib.
Teleqraf.com xəbər verir ki, 15 İyul çevriliş cəhdi zamanı hərbi helikopterləri istiqamətləndirərək Ankaradakı bir sıra məkanların bombalanması təlimatını verdiyi iddia edilən və 13 aydır gizlənərək istintaqdan yayınan pilot polkovnik-leytenant Özcan Qaracan bu gün Antalyada keçirilən bir əməliyyat nəticəsində ələ keçərək paytaxta gətirlib.
Hərbi helikopterlər hissəsinin tabor komandiri olan polkovnik-leytenant Özcan Qaracan 15 İyul çevriliş cəhdi günü Aviasiya Ordu komandanlığı Hərəkat mərkəzini ələ keçirərək mülki vətəndaşların etiraza toplaşdığı yerləri müəyyənləşdirib hərbi helikopterlər göndərərək həmin yerləri bombalamaqda ittiahm edilir.
Qeyd edək ki, Qaracanın ”Mülki, hərbçi, polis – hamısı düşmənimizdir, düşünmədən atəş açın” kimi ratsiya ilə apardığı bütün danışıq qeydləri istintaq materiallarında yer alır.