Mərkəzi Ankara olmaqla 5 bölgədə davam edən FETO əməliyyatları çərçivəsində yeni həbslər həyata keçirilib.
Teleqraf.com türk mətbuatına istinadən xəbər verir ki, “ByLock” (FETO-çuların gizli əlaqə proqramı) istifadəçilərinin yeni qrupu üzə çıxarılıb. Araşdırmalar zamanı Maliyyə Nazirliyin 70 sabiq işçisi nəzarət altına alınıb.
Bu gün səhər saatlarlından başlayan əməliyyatların davam etdiyi bildirilir.