23 Avqust 2017 14:00
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriya prezidenti Məhəmməd Buxarinin ofisini siçanlar tutub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Nigeriya prezidenti 3 aylıq London müalicəsindən vətəninə qayıdıb.

Hökumət sözçüsü Garba Şehu bildirib ki, prezident Buxari uzun müddət iş otağında olmadığı üçün onun ofisinin mebellərini və ventilyasiya sistemini siçanlar zədələyib.

Bəlli olub ki, Məhəmməd Buxari bir neçə müddətdir evində işləyir və prezident iqamətgahına getmir. Ev ciddi şəkildə qorunur və dövlət başçısının işləməsi üçün hər cür şərait var.

Qeyd edək ki, Nigeriya prezidenti davamlı olaraq Londonda müayinə və müalicə olunur. O, ilk dəfə qulaq infeksiyası səbəbindən Londonda müalicə alıb.

Prezidentə müxalifətdə olanlar isə iddia edirlər ki, Buxari prostat xərçəngindən əziyyət çəkir. Prezident bu iddiaları rədd edib.


Müəllif: Cavad

Oxşar xəbərlər