28 Avqust 2017 15:22
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ufada park edilmiş avtomobilin salonundakı partlayıcı qurğu işə düşüb.

Teleqraf.com "RİA Novosti"yə istinadən xəbər verir ki, bu gün səhər baş verən hadisə nəticəsində avtomobildəki şəxs xəsarət alıb.

Polisdən hadisənin şəxsi və ya məişət zəminində sui-qəsd olduğu bildirilib.

Ayağı və bədənindən çoxsaylı yaralar alan şəxs xəstəxanaya yerləşdirilib

Hadisə ilə bağlı qanunsuz silah saxlama, öldürmək məqsədilə sui-qəsd maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. Eyni zamanda müstəntiqlər partlayıcı qurğunun tipini müəyyən etməyə çalışırlar.


Müəllif: Nahid

Oxşar xəbərlər