CNN telekanlının reportyoru Drou Qriffin canlı yayımı yarımçıq qoyub “Harvi” qasırğasının fəsadlarından əziyyət çəkən vətəndaşa kömək edib.
Teleqraf.com xəbər verir ki, Texasda tüğyan edən “Harvi” qasırğasının fəsadları ilə bağlı çəkiliş zamanı jurnalist suya batan avtomobili görən kimi dərhal maşındakı şəxsi xilas etməyə çalışıb. Birbaşa efirə bağlanan Drou Qriffin çuxura enən avtomobildəki şəxsə yardım etməli olduğunu deyərək ona tərəf qaçıb. Xilas olan kişi çəkiliş qrupuna təşəkkür edib. Kişinin xilas edilməsi anı canlı yayımda göstərilib.
Qeyd edək ki, ABŞ-ın Texas ştatında “Harvi” qasırğası nəticəsində baş verən daşqınlarda azı 30 nəfər ölüb, 30 min nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.