Türkiyənin Çorum vilayətində Musa Kaya adlı şəxs Qurban bayramı ərəfəsində qoyun satışından əldə etdiyi vəsaiti yanğına "qurban" verib.
Teleqraf.com xəbər verir ki, Musa Kayanın evində elektrik qapanması nəticəsində yaranan qığılcım alova çevrilib və mülk tamamilə külə dönüb.
Yanğın nəticəsində Musa Kayanın qurbanlıq qoyunların satışından əldə etdiyi 1 milyon lirənin də (təxminən 300 min dollar) yandığı bildirilir.