8 Sentyabr 2017 17:01
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda toy mərasimində zəhərlənən sakinlərimizə lazımi tibbi dəstək göstərilib. Xəstəxananın baş həkimi əvəzi zəhərlənmə ilə bağlı xəstəxanaya üz tutmuş 39 nəfərin vəziyyətinin yaxşılaşdığını və evə buraxıldığını deyib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin Tovuz rayonundan seçilən millət vəkili Qənirə Paşayeva dünən “Turan” şadlıq sarayında keçirilən toy şənliyi zamanı zəhərlənən şəxslərin vəziyyəti barədə danışarkən deyib.

Deputatın sözlərinə görə, insanların hansı qidadan zəhərləndiklərini müəyyən etmək üçün qida qalıqları laboratoriya analizinə göndərilib və yaxın günlərdə nəticə bəlli olacaq:

“Çox şükür, Allahın və həkimlərin yardımıyla çox ağır faciə yaşanmadı. İnsanlarımıza keçmiş olsun deyir və bir daha bu cür halları yaşamamalarını diləyirəm. Bütün vətəndaşlarımızdan xeyir-şər evlərində təşkil etdikləri mərasimlərdə ərzaq məhsullarına, onların saxlanma şəraitinə, hazırlanmasına xüsusi diqqət yetirmələrini xahiş edirəm. Çünki bu istiqamətdə hər hansı ehtiyatsızlıq və diqqətsizlik böyük faciələrə yol açar ki, bu da həmin məclisləri təşkil edənlər başda olmaqla, hamımızı ciddi şəkildə üzə bilər”.


Müəllif: Kəmalə

Oxşar xəbərlər