9 Sentyabr 2017 09:40
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsəndə yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verdilən xəbərə görə, Daşkəsən rayonu, Quşçu kəndi yaxınlığında filiz mədəninin ərazisində 10 ha sahədə kol-kos və quru ot yanıb.

Yanğından yaxınlıqdakı mədən və meşə zolağı mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com