9 Sentyabr 2017 13:40
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə Böyük Millət Məclisinin yaxınlığında silah səsləri eşidilib. Ankara polisi dərhal hərəkətə keçərək vəziyyəti nəzarətə götürüb.

Teleqraf.com xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis və xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilib.

Bəlli olub ki, Türkiyə parlamentinin yaxınlığında bir nəfər tüfəngdən əyləncə mərkəzinə atəş açıb. Akay küçəsi nəzarətə götürülüb, əyləncə mərkəzinə hücumla bağlı araşdırmaya başlayıb.

Əyləncə mərkəzi bağlı olsa da, polis onun qapısını qıraraq içəri daxil olub.

Ankara polisi parlament yaxınlığında silahdan istifadə edən şəxsi həbs etmək üçün əməliyyata başlayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər