Fransanın Roubaix şəhərində yatdığı yerdə siçovulların hücumuna məruz qalan 14 yaşlı iflic xəstəsi olan qız barmaqlarını itirib.
Teleqraf.com Fransa mətbuatına istinadə xəbər verir ki, evlərinin girişində yatan Samanta adlı qızın üzündə 45, əllərində 150, ayaqlarında isə 30 yara əmələ gəlib.
Həkimlər beldən aşağısı işləməyən uşağın qopan barmaq uclarının yerinə tikilməsinin mümkün olmadığını deyiblər.
Siçovulların evin yaxınlığındakı zibillikdən gəldiyi ehtimal olunur.
Daha iki uşağı olan ata sabah oyandıqda Samantanı qan içində aşkar etdiklərini deyib. Onun beyin qanaması keçirdiyini düşünüblər.
Xəstəxanaya aparılan Samantanın infeksiya yoluxub-yoluxmadığını təyin etmək üçün analiz verilib. Onda quduzluq xəstəliyinə rastlanmayıb.