12 Sentyabr 2017 15:17
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin cənub-şərqindəki Siirt bölgəsində xlordan kütləvi zəhərlənmə qeydə alınıb.

Teleqraf.com-un məlumatına görə, 100-dən çox insan Ağdaş kəndində xəstəxanaya çatdırılıb.

Daha öncə 17 nəfər yaşlı və 23 uşaq xəstəxanaya aparılmışdı. Vilayət administrasiyasından bildiriblər ki, hazırda bu rəqəm 109-dur.

İnsidentin baş vermə səbəbinə gəldikdə isə vilayət administrasiyasından bildiriblər ki, 3 yerli sakin suyu dezinfeksiya etmək üçün üç çəllək xlor aşkarlayıb. Onlar çəlləkləri kəndə gətirib qapağını açıblar, nəticədə ətrafa qaz yayılıb. Xilasedicilər kəndin bütün sakinlərini təxliyyə ediblər, bu gecə onların kəndə qayıtması təmin edilib.

Yerli hakimiyyət orqanları onu da bildiriblər ki, fövqəladə hadisənin baş verməsinin iki günahkarı həbs olunub, üçüncü isə axtarışa verilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər