Sentyabrın 11-də “Vorldfood Moscov” Beynəlxalq Ərzaq Sərgisinin ilk günü ermənilər tərəfindən Ermənistan stendində qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağının yerləşdirilməsinə cəhd edilib.
Bu barədə Teleqraf.com-a Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Azərbaycan nümayəndə heyətinin, Azərbaycanın Rusiyadakı səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.
Qeyd edək ki, sərginin təşkilatçısı ITE Grup da Azərbaycan tərəfinin qaldırdığı məsələyə anlaşıqlı yanaşıb və lazımı dəstək göstərib.