“Mariya” qasırğası Dominikan respublikasının baş naziri Ruzvelt Skerritin evini dağıdıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Skerrit şəxsi Feysbuk hesabında məlumat paylaşıb:
“Dam uçdu. Mən qasırğanın ortasındayam. Evim suyun altında qalıb”.
Hadisədən dərhal sonra xilasedicilər baş naziri xilas ediblər.
Qeyd edək ki, “Mariya” qasırğası saatda 260 kilometr sürətlə hərəkət edir.