22 Sentyabr 2017 20:58
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-nin "Günə davam" verilişinə qonaq olan xalq artisti Nazpəri Dostəliyeva evinə girən oğrulardan danışıb.

Teleqraf.com xəbər verir ki, xalq artisti oğruların onun ətrafından olmadığını bildirib: "Onlar mənim evimə girəndə pianinonun üstündə atamın sazını görüblər. Özləri mənə dedi ki, həmin sazın atanızın olduğunu biləndən sonra bu işdən əl götürməyə qərar verdik. Bundan sonra başa düşdük ki, sizin evinizə girmişik. Bu dəqiqə onlara görə ürəyim ağrıyır. Çox gənc idilər. Həm də idmançı olublar. Bilmirəm nə üçün bu yola əl atıblar".


Müəllif: Könül