Hindistanın Mumbay şəhərindəki dəmiryol stansiyalarından birinin yaxınlığındakı piyada keçidində faciə baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, keçiddə yaranmış izdiham zamanı 15 nəfər ölüb, 30 nəfər yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanaya qaldırılıb. İzdihama səbəb kimi qatarın stansiyaya yaxınlaşmasını görən insanların tələsməsi olub.