Ermənistan Prezidenti Serj Sərkisyanın müşaviri Qorik Akopyan vəfat edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, 71 yaşında uzun sürən xəstəlikdən sonra ölüb.
Qorik Akopyan 12 il Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub və ötən ilin fevralında Sərkisyanın müşaviri vəzifəsinə təyin edilib.