Moskvada 380 nəfərə yaxın insan saxlanılıb.
Teleqraf.com xəbər verir ki, Rusiyanın bir neçə şəhərində, o cümlədən Moskva, Sankt-Peterburq və Krasnoyarsk şəhərlərində prezident Putinin əleyhinə aksiya keçirmiş müxalifət partiyalarının fəalları polis nəzarətinə götürülüb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları hazırda mühacirətdə olan siyasətçi Vyaçeslav Maltsevin rəhbərlik etdiyi “Artilleriya hazırlığı” blokunun üzvlərini nəzarətə götürüblər. Rusiyanı tərk edən Maltsev noyabrın 5-də Rusiyada inqilab olacağını bildirmişdi.
Bu açıqlamadan narahat olan güc strukturları proflaktik tədbir adı altında müxalifət fəalların polsi bölmələrinə dəvət edərək onları sorğu suala tutsa da, icazəsiz aksiyanın keçirilməsinə cəhd edilib. Bəzi fəalların barəsində bir neçə sutkalıq həbs cəzası çıxarılıb.