8 Noyabr 2017 11:11
2 960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Rabitə İdarəsi bu il televiziya kanallarına Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbirdən xəbər və reportaj hazırlamasına icazə verməyəcək.

Teleqraf.com xəbər verir ki, Mustafa Kamal Atatürk 10 noyabrda vəfat edib.

Bu tarixlə bağlı hər il Türkiyənin onlarla qəzet və televiziyası dahi rəhbərin dəfn olunduğu Anıtqəbirdən reportajlar hazırlayır, xəbərlər verir, insanların Türkiyənin qurucusu haqqında fikirlərini xalqa çatdırır.

Artıq bu ildən televiziya kanallarının məlum tarixdə çəkiliş aparmasına icazə verilməyəcək.

Bu səbəbdən noyabrın 10-da Anıtqəbirdən canlı verişlər hazırlamaq istəyən telekanallar şoka düşüb.


Müəllif: Cavad

Oxşar xəbərlər