20:12
İraqda İŞİD-lə əlaqədə şübhəli bilinən 512 Rusiya və 200 azərbaycanlı qadın saxlanılıb.
Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə iraqlı deputat Vian Dahil özünün “Tvitter” səhifəsində yazıb.
Qadınlar həbsxanaya yerləşdirilib.
Məlumat rəsmi təsdiqini tapmayıb.
İraqın Müdafiə Nazirliyi bu ölkədə İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı və 512 rusiyalı qadının saxlanılması barədə xəbərləri təkzib edib.
***
Azərbaycanlıların İraqda saxlanılması faktları araşdırılır.
Bu haqda Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, XİN mətbuat xidmətinin rəhbəri deyib ki, bu cür bəyanatlar yeni deyil:
"Faktlar araşdırılır və öyrənilir. Azərbaycan tərəfi İraqdakı səfirliyi vasitəsilə daimi olaraq İraqın müvafiq orqanları ilə bu məsələ üzrə təmasdadır".