Ağdam Rayon İcra hakimi Raqub Məmmədov Üçoğlan kəndində zəlzələdən zərər çəkmiş evə baxış keçirib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Eldəniz Abdullayev məlumat verib.
Qeyd edək ki, dünən saat 23:48-də Ağdam ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.