Dünyaca məşhur tunisli modelyer Azzedin Alayay 77 yaşında vəfat edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, modelyer Parisdə müalicə aldığı xəstəxanada keçinib.
O, ürək çatışmazlığından əziyyət çəkdib.
Qeyd edək ki, Azzedin 1950-ci ildə Tunisdən Fransaya keçib və modelyer karyerasına başlayıb. Bu günə qədər modelyer Mişel Obama, Madonna, Naomi Kempbell, Mariyon Kotiyyar və digər şəxslər üçün xüsusi geyimlər hazırlayıb.