20 Noyabr 2017 12:46
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zimbabve Prezidenti Robert Muqabe istefa şərtlərini qəbul edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı yerli telekanallar məlumat yayıb.

Onun yaxın saatlarda istefa verəcəyi bildirilir.

Qeyd edək ki, bu gün Zimbabvenin hakim Afrika Milli İttifaqı - Vətənpərvər Cəbhə Partiyasının Mərkəzi Komitəsinin xüsusi iclası keçirilib. İclasda ölkənin 93 yaşlı prezidenti R. Muqabe partiyanın sədri postundan kənarlaşdırılıb. Partiyanın yeni sədri ölkənin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva seçilib. Noyabrın 6-da məhz E.Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra ölkədə siyasi böhran yaranıb.

Qərarın qəbulunu partiya üzvləri böyük çoşqu ilə qarşılayıblar. Onlar bunun şərəfinə rəqs ediblər.


Müəllif: Samir

Oxşar xəbərlər