Moskvada anonim xəbərdarlıqdan sonra Əmək Nazirliyinin binası təxliyə olunub.
Teleqraf.com-un məlumatına görə, paytaxt Fövqəladə Xidməti təxliyəni bu dəfə anonim zəngə əsasən aparmayıb. Belə ki, Xidmətin verdiyi məlumata görə, nazirlik binasına bomba qoyulması barədə elektron məktub qəbul edilib.
Qeyd olunur ki, bütün əməkdaşlar binadan çıxarıldıqdan sonra axtarışlar aparılıb.
Təfərrüatlar barədə məlumat verilməyib.