İsrail “Dəmir gümbəz” adlı sistemini dəniz qüvvələrinin istifadəsinə verib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Yerusəlim Post” nəşri məlumat yayıb.
Məlumatda bildirilib ki, sistemin hazırlıq və sınaq müddəti 1,5 il olub. Sınaq uğurla keçdiyi üçün sistem ordunun istifadəsinə qəbul edilib.
Qeyd edilib ki, sistem İsrail sularındakı təbii qaz platformalarının müdafiəsində istifadə ediləcək.