Özbəkistan televeziyasının canlı efirində ilk dəfə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) ünvanına tənqid səsləndirilib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Özbəkistan TV-nin "Münasibət" verilişinə çıxan Daşkənd İnformasiya Texnologiyaları Universitetinin birinci kurs tələbəsi olan bir qız 7 dəfə qəbul imtahanında iştirak etdikdən sonra ali məktəbə düşə bildiyini deyib.
Tələbənin sözlərinə görə, o, əslində iqtisadçı olmaq istəyirmiş, ancaq 6 dəfə Daşkənd Maliyyə İnstitutuna imtahan verməsinə baxmayaraq, qəbul ola bilməyib.
Tələbə test üsuluyla keçirilən imtahanlara nəzərət edən müəllim və DTX əməkdaşlarının ədalətsiz davranışlarından söz açıb: "Gözümün qabağında DTX nəzarətçiləri müəlllimlərə bəzi abituriyentlərə kömək etmək göstərişi verir, beləcə onların test sualları cavablandırılırdı".
Canlı yayımdan sonra verilişin aparıcısı həmin tələbəni açıq və birbaşa danışmağı bacaran dörd-beş gəncdən biri kimi tərifləyib: "Onlar bizim gələcəyimzidir. Heç kəsdən qorxmur, düşündüklərini danışırlar".
Qeyd edk ki, Özbəkistan televeziyasında canlı efirə Prezident Şövkət Mirziyayevin hakimiyyətə gəlişindən sonra icazə verilib.