Futbol üzrə Ukrayna milli komandasının üzvü Denis Qarmaşa silahlı hücum olub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Kiyevdə baş verib.
Naməlum şəxslər avtomobili ilə qarajdan çıxmaq istəyən futbolçuya atəş açıb. Hadisə zamanı xoşbəxtlikdən Denis xəsarət almayıb.
Ancaq onun avtomobilinə ciddi ziyan dəyib. Faktla bağlı araşdırmalara başlanılıb.