Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Burak Yılmaz avtomobil qəzası törədib.
Teleqraf.com xəbər verir ki, futbolçu Sarıyerdə avtomobilin idarəetməsini itirib və yol kənarında dayanan digər avtomobilə çırpılıb. Özünə heç nə olmasa da, avtomobil yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, hadisə yerindən qaçan Burak Yılmazın yanında digər türk futbolçu Səlcuq İnan da olub.