Güney Azərbaycanın Qoşaçay əyalətində “Qovaq” kafesi adının türkcə olduğuna görə müvəqqəti olaraq fəaliyyətini dayandırmalı olub.
Teleqraf.com-un məlumatına görə, kafenin qapısı İctimai Məkanlara Nəzarət İdarəsi tərəfindən möhürlənib.
Müdiriyyət qapının üzərinə bir kağız yapışdıraraq türkcə ada göstərilən həssaslığa görə problem yarandığını, kafenin hələlik fəaliyyət göstərmədiyini yazıb.
“Qovaq” kafesinin nə zaman möhürləndiyi barədə məlumat yoxdur.
Qeyd edək ki, Güney Azərbaycanda yeni dünyaya gələn uşaqlara, mağazalara və şirkətlərə türk mənşəli adlar qoymaq olduqca çətin məsələyə çevrilib. Bunun səbəbi rejimin türk kimliyini fars və İran kimliyinə təhdid kimi görməsidir.
Digər tərəfdən isə insanlar fars və ərəb adları seçməyə təşviq edilir.