17 Dekabr 2017 12:04
3 196

10:06

Rusiyanın Dağıstan Respublikasında anti-terror əməliyyatı keçirilir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyat zamanı terrorçularla təhlükəsizlik qüvvələri arasında silahlı insident baş verib.

Məlumatlara görə, toqquşmalar nəticəsində çox sayda terrorçu zərərsizləşdirilib, bəziləri isə sağ ələ keçib. Əməliyyatın keçirildiyi yerə yaxın yaşayı məntəqələri təhlükəsizlik səbəbindən boşaldılıb.

***

Bu gün Dağıstanda bir evdə mühasirəyə alınan 3 silahlı məhv edilib.

Bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.


Müəllif: Samir