Türkiyənin sabiq baş naziri Məsud Yılmazın 38 yaşlı oğlu Yavuz Yılmaz intihardan öncə atasına zəng edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Posta” qəzeti məlumat yayıb.
Yılmaz ABŞ-da yaşayan atasına zəng edərək, anasını soruşub. Məsud Yılmaz isə anasının yaxşı olduğunu və bir neçə saat sonra təyyarə ilə evə geri qayıdacaqlarını bildirib.
Telefon danışığından sonra atasının iş otağına gələn Yavuz tapança ilə başına atəş açıb.
Məlumatlara görə, 2 il bundan əvvəl Yılmaza Temporal Lob Epilepsiyası xəstəliyi diaqnozu qoyulub. Yavuz Yılmaz isə son 1 ildir ki, dərman qəbul etmirmiş.
Yavuzun atası Məsud Yılmaz isə oğlunu mühafizəçilərinə tapşırıbmış.
Qeyd edilib ki, Yavuzun dəfn mərasimi bu gün Mərmərə ilahiyyat məscidində keçiriləcək və o, Qanlıca mərzarlığında torpağa tapşırılacaq.