19 Dekabr 2017 11:40
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Varşava yaxınlığında Rusiya istehsalı olan MİQ-29 hərbi təyyarəsi qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, hadisə təyyarə Minsk Mazovieski hərbi hava limanına qayıdan zaman baş verib.

Qeyd edilir ki, hərbi təyyarə yerə düşməzdən əvvəl pilot qırıcını tərk etməyə müvəffəq olub. Hazırda qəzanın səbəbləri araşdırılır.

RMF FM radiosunun xəbərinə görə isə qırıcı Minsk Mazovieskinin 15 kilometrliyində yerə düşüb.


Müəllif: Cavad