20 Dekabr 2017 17:23
2 754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhhətində ciddi problem yaranan millət vəkili Yevda Abramovun dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək cərrahi əməliyyat olunub.

Teleqraf.com-un məlumatına görə, daha sonra o, dövlət hesabına təcili İsraildəki xəstəxanalardan birinə yerləşdirilib. Deputat orada növbəti dəfə əməliyyat olunub.

Millət vəkili Vahid Əhmədov həmkarının səhhəti ilə bağlı açıqlamasında bildirib ki, hazırda Yevda Abramovun sağlamlıq durumu normaldır: "Bu gün özü ilə danışmışam. Hər şey yaxşıdır. Qızları da İsraildə yaşayır. Ümumilikdə sağlamlıq durumu normallaşıb”.

Yevda Abramov 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilib, milliyətcə yəhudidir (Unikal.org).


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər