11:00
Avstraliyanın Melburn şəhərində minik avtomobili piyada keçidindən istifadə edən insanları vurub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı 10 nəfərin müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.
Olayın terror aktı olduğu iddia edilir. Hadisə yerinə çox sayda təcili yardım briqadası cəlb olunub.
***
11:31
Avstraliya Səhiyyə Nazirliyi hadisə zamanı yaralananlarla bağlı məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisədən sonra xəstəxanaya müxtəlif dərəcəli bədən xəsarəti ilə 19 nəfər gətirilib.
Bu arada, Melburn polisi hadisəni törətməkdə təqsirli bilinən sürücünü həbs edib.
***
12:41
Avstraliya polisindən baş vermiş hadisə ilə bağlı ilk açıqlama gəlib.
Məlumatlarda bildirilib ki, hadisə ilə əlaqədar iki nəfər saxlanılıb: "Avtomobilin sürücüsü və onun sərnişini saxlanılıb. Sürücü hadisəni qəsdən törədib. Ancaq olayın motivləri məlum deyil".
Qəza yerindən ilk görüntüləri təqdim edirik:
***
Avstraliyanın Melburn şəhərində ikinci qanlı olay baş verib.
Məlumatlara görə, "Beybisayd" ticarət mərkəzində bir neçə güclü partlayış olub.
Hadisə zamanı ölən və ya xəsarət alanlarla bağlı heç bir məlumat yoxdur.
Olaylarla bağlı ölkədə Yeni il şənlikləri təxirə salınıb.