Muşun Hasköy qəsəbəsində aralarında ərazi anlaşmazlığına görə qohumlar arasında dava düşüb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, dava nəticəsində qohumların biri yaralanıb.
Daha sonra ailələr arasında yenidən dava başlayıb. Bu dəfə silahla atəş açılıb və iki nəfər ölüb. Polislər davanın daha da böyüməməsi üçün qəsəbədə və xəstəxanada nəzarətə götürülüb. Dava ilə bağlı 7 nəfər polis şöbəsinə aparılıb.