24 Dekabr 2017 14:59
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın cənubundakı Hilmənd əyalətində törədilən partlayış nəticəsində ən azı 7 dinc sakin həlak olub, 3 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, partlayış kustar üsulla hazırlanmış parlayıcı qurğunun işə salınması yolu ilə törədilib. İnsident Mərca rayonunda baş verib.

Hələlik regionda fəaliyyət göstərən heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.


Müəllif: Sәxavәt