Ərdoğanı qucaqlamaq istəyən adamın kimliyi məlum olub.
Teleqraf.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri tərəfindən zərərsizləşdirilən şəxsin Hüseyn Dəmircan adlı vətəndaş olduğu aydınlaşıb. O, polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. Jurnalistlərə açıqlamasında Ərdoğanı çox sevdiyini, onu qucaqlamaq istədiyini deyib:
“Bu günə qədər ailəmiz 13 şəhid verib. Tək məqsədim sevdiyim prezidentimizi qucaqlamaq idi. Deyəsən, məni səhv başa düşdülər və polis bölməsinə gətirdilər. İfadəmi alandan sonra sərbəst buraxdılar”.
Qeyd edək ki, “Şırnak”da keçirilən konfransda bir nəfər mühafizəçilərin gözündən yayınaraq Rəcəb Tayyib Ərdoğanı qucaqlamaq istəyib.