27 Dekabr 2017 22:58
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində (metronun "Nərimanov” stansiyasının yaxınlığı) Kürdəmir sakini Ağadadaş Qasımov idarə etdiyi "Daewoo" markalı, 10 TF 550 dövlət qeydiyyat nişanlı marşrut avtobusu ilə 1951-ci il təvəllüdlü Validə Manaflını vurub. Ağır xəsarət alan 66 yaşlı qadın hadisə yerində ölüb.

Qəzanı törədən avtobus 202 saylı marşrut xətti üzrə sərnişindaşıma ilə məşğul olurmuş.

Araşdırmalar zamanı məlum olub ki, sürücünün marşrut avtobusunu idarə etməyə hüquq verən müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmayıb. Həmçinin hadisəni törədən sürücü ilə onu işə götürən daşıyıcı şirkət arasında əmək müqaviləsinin bağlanmaması da üzə çıxıb.

O da bildirilir ki, qəzanı törədən sürücü artıq saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (Lent.az)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər